Prezident Ağsuda açılışlarda iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə əvvəlcə Gənc Sənətkarlar Mərkəzində yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, Mərkəzin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Mərkəzin binası 36 yerlik akt zalı, məşq səhnəsi, teatr dərnəyi, rəsm, heykəltəraş, foto, dərzi otaqları, moda nümayişi podiumu, inzibati və yardımçı otaqlardan ibarətdir. Bina müasir avadanlıq, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib.
Sonra Prezident İlham Əliyev Dövlət Rəmzləri Muzeyi ilə tanış olub.
Məlumat verilib ki, muzeyin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 16 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, həmin dövrdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə, Bayraq meydanlarının açılışı mərasimlərinə dair fotoşəkillər, poçt markaları, orden və medallar nümayiş olunur.
Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 1,27 hektar sahədə Bayraq Meydanı yaradılıb. Burada hündürlüyü 65 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN











.jpg)







