Birjalarda son vəziyyət - İNVESTAZ-DAN ANALİZ
EUR.
Ötən həftə “FOMC”-un son toplantısının protokollarının dərcindən sonra Federal Ehtiyatlar Sisteminin sərt monetar siyasətini davam etdirəcəyinə dair ehtimalların daha da artması dollar indeksinin 107 bənd hədlərinin üzərinə yüksəlməsinə səbəb oldu. Nəticədə dollar major valyutalar qaşısında kəskin bahalaşdı. Bu həftə Amerikanın iqtisadi inkişaf səviyyəsinə dair açıqlanacaq statistik rəqəmlər dollar indeksində tendensiyanın davam edib etməyəcəyində həll edici roll oynaya bilər. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD məzənnəsi 0.9800 hədlərinə qədər ucuzlaşa bilər.
GBP.
GBP/USD məzənnəsi də ötən həftə dollar qarşısında kəskin dəyər itirdi. Dollar indeksindəki tendensiya davam edəcəyi təqdirdə GBP/USD məzənnəsindəki eniş tendensiyası daha da kəskinləşə bilər.
Bu həftə Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq biznes aktivliyi indeksi, Həmçinin Almaniya və ABŞ-da iqtisadi inkişaf səviyyəsinə dair önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
TRY.
Ötən həftə TCMB-nin faiz endirimindən sonra bu ilin maksimumlarını test edən USD/TRY məzənnəsində artım tendensiyası davam edir. 18.11TL həddi qırılacağı təqdirdə qiymətin 18.29TL-yə qədər bahalaşacağı ehtimal olunur.
OIL.
Ötən həftənin son ticarət günündə iki dəfə 99$ hədlərinə qədər bahalaşsa da, “Brent” nefti burada müqavimət səviyyəsini qırmaqda çətinlik çəkir. “Buğaların” bütün cəhdlərinə baxmayaraq eniş trendi hələ də davam edir. 96$-lıq dəstək səviyyəsi qırılacağı təqdirdə, OİLUK-in bir barel üzrə qiyməti 92$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
FED-in faiz artımlarını davam etdirəcəyi yönündə gələn siqnallar və bahalaşan dollar fonunda qızıl ötən həftəni enişlə tamamladı. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1725$-a (55.46$/qram) kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 d. əvvəl
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























