"Nazirin Azercell-dəki görüşü ilə bağlı məlumatda cəmiyyəti maraqlandıran suallara cavab tapmaq mümkün olmayıb"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Facebook səhifəsində "Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?" başlıqlı paylaşım edib.
Osman Gündüz qeyd edib ki, ötən gün nazir Rəşad Nəbiyev Azercell-in rəhbərliyi ilə görüş keçiridiyi barədə məlumat verilib, lakin məlumatda cəmiyyəti maraqlandıran sualların heç birinin cavabını tapmaq mümkün olmayıb.
"Açıqlanan məlumatdan belə anlaşılır ki, görüş Azercell-in strateji təşəbbüsləri və gələcək planları, xüsusilə də onun modernizasiyası ilə tanışlıq məqsədi daşıyıb.
Əlbəttə, Azercell -in "dövlətləşməsindən" elə də çox müddət keçmədiyini nəzərə alsaq onun fəaliyyətinin dövlətin diqqət mərkəzində olması, nazirin yeni komanda ilə görüşməsi doğru addımdır və təqdirəlayiqdir.
Amma, maraqlıdır ki, görüşlə bağlı məlumatda cəmiyyəti maraqlandıran sualların heç birinin cavabını tapmaq, hələlik mümkün olmayıb.
Bu tip ictimai maraq kəsb edən sualları isə qısa olaraq aşağıdakı kimi qruplaşdırardıq :
1. Azercell-də yeni rəhbərlik, yeni idarəetmə özünü doğruldubmu? Azercell dövlət şirkətinə çevriləndən sonra buradan bir xeyli peşəkarların uzaqlaşdırılması, təsadüfi adamların yüksək postlara gətiriliməsi haqqında məlumatlar sızırdı.
Hazırda bu dövlət şirkətinin sağlamlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi durumu necədir?
2. Azercell-ə bağlı Nazirliyin, dövlətin strateji məqsədi nədən ibarətdir ?
Bu nəhəng mobil operator daha da gücləndirilərək özələşmə üçün satışa çıxarılacaq, yoxsa elə dövlət şirkəti olaraq qalacaq ?
3. Azercell dövlət şirkətinə çevriləndən sonra investisiya imkanları, innovasiyala yatırımları necə olub ?
Son zamanlar trafikin (danışıq və mobil internet) kəskin artması, bahalı mobil trafik müqabilində mənfəətin cüzi artımlarını necə izah etmək olar?
4. Diqqət çəkən məqam həm də odur ki, ölkənin bir nömrəli mobil operatorunun gələcək planları, nazirlə görüşü haqqında məlumatda 5G haqqında bir kəlmə yoxdur.
Amma qonşu ölkələrdə, digər regionlarda bu tip görüşdə müzakirə predmeti ancaq və ancaq 5G infrastrukturun inkişafı, ancaq 5G üçün tezliklər uğrunda amansız mübarizə və s. olur.
Bəlkə də belə bir müzakirə olub, özəl operatorlara bildirmək istəmirlər, bilmək olmaz
5. Ucqar ərazilərdə, kəndlərdə 3G/4G infrastrukturu qurulmayıb . Bu məsələ öz həllini necə tapacaq? Nazirlik tezlik, lisenziya verdiyi operatorlardan bu problemin həllini ayrılıqda tələb edəcək, yoxsa vahid bir şəbəkə qurulması təşəbbüsü irəli sürüləcək?
6. Azercell dövlət şirkətinə çevriləndən sonra mobil bazarda rəqabətin daha da azaldığı müşahidə olunur. Nazirlik Azercell, Bakcell və Nar arasında , ümumiyyətlə mobil bazarda rəqabəti gücləndirmək üçün hansı addımları nəzərdə tutub? Və s.
Azərbaycanın ən nəhəng vergi ödəyicisi olan, ölkədə rəqəmsal innovasiyaların inkişafında mühüm yer tutan, 4 il bundan öncə 460 milyon manat büdcə vəsaiti ödənilməklə səhmlərinin 51.3% -i RİNN-in AzİnTelecom qurumu tərəfindən alınan, mobil bazarın böyük hissəsinə nəzarət edən bir dövlət şirkəti ilə nazirin görüşü haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir.
Ümid edirəm nəzərə alacaqlar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
16 d. əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
-
45 d. əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
-
1 saat əvvəl
Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
3 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Sentyabrın 24-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
