Pulunu DəmirBank-da yığanlar artıb - AÇIQLAMA
DəmirBank Plastik kartla yığım əmanətin həcmi 20% artıb.
DəmirBank-ın “Plastik kartla yığım əmanəti” istifadəçilərinin sayı artmağa davam edir. Bankdan "Marja"ya daxil olmuş məlumata görə, cari ilin aprel ayında əmanət portfeli 3.5 mln. AZN təşkil etdiyi halda , iyun ayı üçün bu göstərici 4.2 mln AZN-dək artıb.
Əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür.
Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 12%-dək gəlir qazanmaq imkanını da əldə edirlər. Əmanət məbləği artdıqca faiz dərəcəsi də yüksəlir. Plastik kart bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər.
Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkün olduğu üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. Vəsaitlər DəmirBank-a məxsus istənilən ATM və POS terminallar vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.
DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
Ətraflı məlumat üçün:
Məlumat Mərkəzi: 012 149
http://www.demirbank.az/heyat-uchun/butun-mehsullar/emanetler/plastik-kartla-yigim-emaneti/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























