Azərbaycanda lizinq faizləri azala bilər
Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətləri faizləri aşağı sala bilər.
Bu məsələ avqustun 19-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yerli lizinq şirkətlərinin təmsilçiləri ilə keçirdiyi görüşdə müzakirə olunub.
Görüşün detalları barədə açıqlama verən bazar iştirakçılarından biri - Ramal Cəfərov deyir ki, faizlərin azalması üçün bir neçə məsələnin öz həllini tapması lazımdır: "Əslində lizinqlə bağlı çox problem var. Amma görüşdə bir neçə məsələni xüsusulə qaldırdıq. Bunlardan biri lizinq əməliyyatları üzrə əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsi hüququnun istehlakçıya verilməsi idi. Çünki burada itki olanda rəqabət aparmaq çətinləşir.
Digər məsələ isə yaradılan xüsusi ehtiyatların xərclər kimi tanınması idi. Banklardan fərqli olaraq lizinq şirkətləri xüsusi ehtiyat yaradanda onlar mənfəət vergisi bəyanmaməsində xərc kimi nəzərə alınmır.
Bir də lizinq müqaviləsi ləğv edilərkən onun yenidən ƏDV-yə cəlb edilməməsini, maliyyə lizinqi formasında saxlanılmasını, həmin əmlakın satılması və yaxud təkrar lizinqə verilməsi zamanı bu əməliyyatların da maliyyə xidməti kimi nəzərə alınaraq ƏDV-yə cəlb edilməməsini təklif etdik.
Mən bir neçə ildir ki, belə görüşlərdə iştirak edirəm. Vergi işçiləri mənim və həmkarlarımın təkliflərini diqqətlə dinlədilər, konkret bir söz deməsələr də, onlarda kifayət qədər maraq hiss etdim. Yəni Dövlət Vergi Xidməti problemlərimizi diskriminasiya kimi qəbul edir və çox maraqlıdır ki, bu məsələlər həllini tapsın. Amma təbii ki, bunun üçün onlar da analiz, hesablama aparmalıdırlar, həmçinin dövlət büdcəsinə olan əlavə təzyiqi - yükü nəzərə almalıdırlar. Ondan sonra bizə təklif verəcəklər.
Əgər bu təkliflər qəbul olunsa lizinq artıq daha rəqabətli məhsul ola bilər, rəqabətli məhsul olanda da bazara daha böyük pul vəsaiti olan oyunçular daxil ola bilər. Bu isə faizləri aşağı sala bilər. Faizlərin aşağı düşməsi rəqabətin sərtliyindən asılıdır. Amma konkret rəqəm söyləmək mümkün deyil”.
Açıqlama verən digər bazar iştirakçısı - Azər Hümbətov da hesab edir ki, lizinq şirkətləri banklarla eyni şərtlərlə işləməlidir və bu vergi rəsmlərinin diqqətinə çatdırılıb: "Mövcud durum kreditləşmə və lizinq əməliyyatları arasında müəyyən fərq yaradır. Söhbət həmin fərqin aradan qaldırılmasından gedir. Kredit veriləndə ƏDV-ni əvəzləşdirmək olur, amma lizinq olanda bunu etmək olmur. Bu da lizinq şirkətləri ilə banklar arasında maliyyələşmədə müəyyən fərqlər yaradır, onlar bu fərqlərin aradan qaldırılması üzərində işləyirlər.
Hələlik yeniliyin konkret nədən ibarət olacağını bilmirik. Ola bilər Vergi Məcəlləsinə və yaxud Mülki Məcəlləyə əlavələr edilsin, ola bilər ki, yeni qanunvericilik olsun. Yəqin ki, dövlət orqanları dəyişikliyin həcmindən və maliyyə tərəfindən asılı olaraq qərar verəcək”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






