“PMD Group” MMC-nin dəstəyi ilə Kadr hazırlıq kampı keçirilir

(®) Avqust ayının 29-u “Birgə və Sağlam” İctimai Birliyi Autizm Mərkəzinin Kadr Potensialının İnkişafını təşviq etmək məqsədli yay kampı təşkil olunmuşdur.
Autizmlə bağlı yerli mütəxəssislərin təcrübələrinin inkişafında önəmli rol oynayan bu layihə “PMD Group” MMC-nin dəstəyi ilə həyata keçirilir.
31 Avqusta qədər davam edəcək kampın əsas məqsədi Autizm Spektr Pozuntusu sahəsində beynəlxalq təcrübəni ölkəmizə transfer edən və onu praktiki olaraq tətbiq edən “Birgə və Sağlam” İctimai Birliyinin mövcud kadr potensialının artırılmasıdır.
Layihə çərçivəsində xarici ekspert-mütəxəssislər yerli mütəxəssislərimizə onlayn və oflayn şəkildə ABA-TDA Tətbiqi Davranış Analizi prinsipinə əsaslanan mövzuları əhatə edərək 50 nəfərlik “Birgə və Sağlam” İcitmai Birliyi əməkdaşlarının potensialının artırılması istiqamətində təlimlər keçəcəkdir.
5 gün ərzində davam edəcək kampın son 3 günündə mütəxəssislərə ölkəmizin gözəl guşəsi olan Şamaxı şəhərindəki “Shamakhi Palace Sharadil” hoteli ev sahibliyi edərək həm daha professional yanaşma, həm də yeni tədris ilinə motivasiyalı başlamaq imkanı verəcəkdir.
“PMD Group” MMC yüksək keyfiyyətli layihələr və xidmətlər icra etməklə yanaşı sosial məsuliyyət yönümlü layihələr çərçivəsində sosial-inklüzivlik, təhsil və başqa vacib sahələrdə cəmiyyətimizin dayanıqlı inkişafına nail olmağı hədəfləyir. Bu hədəfə çatmaq məqsədilə xüsusi qayğıya ehtiyacı olan fərdlərin sağlamlıqlarının təmin olunmasını, onların təhsil və iş mühitlərinə uyğunlaşmasını prioritetləşdirərək cəmiyyətimizi maarifləndirmək, inklüziv düşüncə və davranış tərzi yaratmaq üçün digər qurumlarla da əməkdaşlıq edir və bu məqsədlərə doğru birlikdə səy göstərməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
