Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb
"Palata məndən şikayət edib"
Bu gün Bakıda ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin IV iclası keçirilir.
İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub.
İclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 30 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər.
İclası açan Ə.Həsənov bildirib ki, bu gün 3 məsələ müzakirə ediləcək:
“Bunlardan biri mənim hesabatımdır, yəni hansı işlər görülüb. İkinci məsələ aidiyyəti dövlət qurumlarına göndərəcəyimiz müraciətlərdir. Üçüncü məsələ isə Fondun bizim sorğumuza verdiyi cavabdır”.
Onun sözlərinə görə, hazırda Bankın ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində proses gedir:
“Məhkəmə artıq ləğvetmə planını təsdiq edib. Amma biz məhkəmə qarşısında vəsatət qaldırmışdıq ki, prosesdə Kreditorlar Komitəsi də iştirakçı olsun. Məhkəmə bu vəsatəti təmin edib. Lakin məhkəmə həm də prosesin qapalı keçirilməsinə qərar verib. Çünki burada bank sirri hesab olunan məlumatlar var. İstənilən halda Azərbaycan tarixində ilk dəfədir ki, Kreditorlar Komitəsinin məhkəmədə iştirakına razılıq verib. ADIF buna etiraz etsə də, Maliyyə Bazarlarına Nəzarət Palatası buna razılıq verib. Maraqlıdır ki, mən bura gələndə Baş Prokurorluqdan zəng etdilər ki, Palata məndən ora şikayət edib. Şikayət mənim mətbuatda bank sektoru ilə bağlı verdiyim açıqlamalarla bağlıdır. Bu gün təxminən saat 18:00-da orda olmalıyam”.
İclas davam edir.
ƏLA FÜRSƏT: 17600- USD-DAN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























