“Nar”ın dəstəyilə 10 abituriyent tələbə adını qazandı

(®) “Nar”ın “Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıq çərçivəsində universitetə hazırlıq xərclərini öz üzərinə götürdüyü şagirdlərin hamısı tələbə adını qazanıb. Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan məktəblilərin 100 %-lik nəticəsi münasibəti ilə “Nar” bu gəncləri təbrik edir və növbəti təhsil pilləsində də onlara müvəffəqiyyət arzu edir.
Qeyd edək ki, “Gələcəyini Qur!” layihəsi təhsilini davam etdirmək istəyən 11-ci sinif şagirdlərini müəyyən edərək onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir. Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı gənclərin ali təhsilə yiyələnmələrinə dəstək olmaqdır.
“Nar” elm və təhsilə dəstək istiqamətində davamlı layihələr həyata keçirir. Mobil operatorun korporativ sosial məsuliyyət istiqamətində gördüyü layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
22 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
