İsrail şirkəti Azərbaycanda tibb məhsulları istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Bakıda Ələt Azad İqtisadi Zonası (AİZ) ilə İsrailin "BioPharmax" şirkəti arasında birinci müqavilənin imzalanması mərasimi keçirilib.
Sənədi Ələt AİZ-in İdarə heyətinin sədri Valeh Ələsgərov və "BioPharmax"ın baş direktoru Zarel Şen Tov imzalayıb.
Müqavilə "BioPharmax"ın Azərbaycandakı nümayəndəliyi, "BioPharmax AFEZCO"nun tikintisini nəzərdə tutur.
V.Ələsgərov qeyd edib ki, İsrail şirkəti üçün üç hektar ərazi ayrılacaq.
"Şirkət tibb məhsullarının istehsalında müasir avadanlıqdan istifadə etmək niyyətindədir. Məhsullar isə ilk növbədə ixraca yönəldiləcək", - deyə o bildirib.
O qeyd edib ki, güzəşt və təşviqlə yanaşı sahibkar və investorlar üçün xüsusi hüquqi baza və müvafiq infrastuktur yaradılıb.
"Əminəm ki, bütün bu üstünlüklər diqqətə alınaraq, şirkət 50 adda tibbi məhsul istehsal edəcək. Həmçinin, bugünkü hadisə digər israilli şirkətlərin Ələt Azad İqtisadi Zonasına cəlb olunması üçün stimul ola bilər", - V.Ələsgərov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















