"İnflyasiya düşməyə başlayan zaman faiz artırmağı yavaşlatacağıq"
ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) sədri Cerom Pauell (Jerome Powell), 3-cü dəfə 75 bəndlik faiz artımından sonra etdiyi çıxışında, "Faizləri endirməzdən əvvəl inflyasiyanın 2 faizə düşdüyünə əmin olmalıyıq. İnflyasiyanın bu istiqamətə doğru getdiyinə əmin olduğumuz zaman faiz artırmağın sürətini yavaşlatacağıq" deyib.Dünən ABŞ Mərkəzi Bankın (FED) faiz qərarından sonra sədr Cerom Pauell mətbuat konfransında çıxış edib. Qeyd edək ki, FED ardıcıl 3-cü dəfə faizini 75 bənd artıraraq 3%- 3,25% aralığına çatdırıb. FED-in uçot dərəcələrini 4,5 - 5%-ədək artıracağı gözlənilir.
Marja xəbər verir ki, Pauellin çıxışından əsas məqamlar aşağıdakılardır:
- Biz pul siyasətini qiymət sabitliyinə nail olmaq məqsədimizə yönəldirik,
- İqtisadi artımın yavaşlamasına baxmayaraq, əmək bazarı güclü olaraq qalır,
- Faiz artımlarına davam etmək lazım gələcək. İnflyasiyanı 2 faizlik hədəfə endirmək üçün alətlərimiz var,
- Əmtəə qiymətlərinin pik həddə çatdığı görünür,
- Uzunmüddətli inflyasiya gözləntiləri sabitləşməkdədir Bu, inflyasiyanın aşağı salınmasını asanlaşdıracaq,
- Faiz dərəcələrində müəyyən səviyyəyə gedib bir müddət orada qalmalıyıq, amma hələ getməli olduğumuz səviyyədə deyilik,
- Dəyişən maliyyə şərtlərinin inflyasiyaya tam təsirini görmək çox güman ki, müəyyən vaxt aparacaq,
- İndiyə qədər biz əmək bazarının soyuması ilə bağlı yalnız mülayim əlamətlər gördük,
- Faizləri endirməzdən əvvəl inflyasiyanın 2 faizə enməsinə əmin olmalıyıq. İnflyasiyanın 2 faizə doğru getdiyinə əmin olduqda, artım tempini aşağı salacağıq,
- FED inflyasiyanın aşağı salınmasına qətiyyətlə sadiqdir və biz işimiz bitənə qədər dərəcələri artırmağa davam edəcəyik.
Həmçinin oxu
FED faiz qərarını açıqladıMüştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















