"Funt sterlinq 1 dollardan aşağı düşə bilər" xəbərdarlığı - Məzənnə 1985-ci ildən bəri ən aşağı səviyyədə
Milli valyutanın məzənnəsinin kəskin şəkildə aşağı düşməsi investorların narahatlığını əks etdirir. Belə ki, hökumətin veriləcək vergi güzəştlərini kompensasiya etmək, eləcə də ev təsərrüfatları və bizneslər üçün elektrik enerjisinin qiymətlərinin dondurulmasını qarşılamaq üçün geniş miqyaslı borc götürəcəyi gözlənilir. Bu da maliyyə və büdcə sferasında qeyri-sabitliyə səbəb ola bilər.ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Liz Trussın maliyyə siyasətini tənqid edərək, bunların nəticəsində Funt sterlinq/dollar məzənnəsinin 1-dən aşağı düşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Marja xəbər veri ki, ötən cümə günü hökumətin vergiləri azaltmaq planını elan etdikdən sonra funt sterlinq 1985-ci ildən bəri yeni minimum səviyyəyə düşüb. Böyük Britaniyanın rəsmi valyutasının dəyəri psixoloji əhəmiyyətli 1,1 dollardan aşağı düşüb və funt sterlinq 1,0840 dollara satılıb.
İlin əvvəlindən funt-sterlinq dollar qarşısında 18,5% ucuzlaşıb. Cümə günü funt avro qarşısında 1%-dən çox dəyər itirib. Bir funt 1,1204 avroya başa gəlib.
“Financial Times” qəzetinin yazdığına görə, milli valyutanın kəskin ucuzlaşması investorların azaldılan vergilərə görə büdcənin itirəcəyi vəsaiti ödəmək, eləcə də ev təsərrüfatları və bizneslər üçün elektrik enerjisinin qiymətinin "dondurulmasını" ödəmək üçün kütləvi şəkildə dövlət borclanmasının fiskal qeyri-sabitliyə gətirib çıxaracağı ilə bağlı narahatlığını əks etdirir.
Hökumətin hesablamalarına görə, əhali üçün elektrik enerjisi tariflərinin uzunmüddətli dondurulması da daxil olmaqla, antiböhran tədbirləri paketinin dəyəri oktyabr ayından başlayaraq altı ay ərzində büdcəyə 60 milyard funt-sterlinqə başa gələcək. "The Economist"ə görə, ümumi vergi endirimi ildə təxminən 30 milyard funt sterlinq ola bilər ki, bu da ÜDM-in 1,2%-i ilə müqayisə edilə bilər. “Daily Telegraph” qəzeti daha yüksək məbləği qeyd edir - vergilərin azaldılması nəticəsində büdcənin itirdiyi gəlirin ümumi məbləği ildə təxminən 45 milyard funt sterlinq ola bilər ki, bu da ÜDM-in 1,8%-inə bərabərdir. Nəşrin hesablamalarına görə, elektrik enerjisinin qiymətlərinin dondurulması üçün subsidiyalar iki il ərzində büdcəyə 150 milyard funt-sterlinqə başa gələ bilər.
"Financial Times"ın məlumatına görə, hakimiyyət dövlət istiqrazlarının buraxılışını artırmaqla kütləvi borclanmaları maliyyələşdirmək niyyətindədir. Beləliklə, Böyük Britaniyanın Borc İdarəetmə Agentliyi 2022-2023-cü illərdə dövlət istiqrazlarının satışını 62,4 milyard funt sterlinq artıraraq 193,9 milyard funt-sterlinqə çatdırmaq niyyətindədir. Bu fonda Böyük Britaniyanın on illik dövlət istiqrazlarının gəlirliliyi həftə ərzində 0,5 faiz bəndi artaraq 3,77%-ə çatıb.
Qəzet "Janus Henderson Investors"un istiqraz portfeli meneceri Bethany Payne-dən sitat gətirib: "Bu nəhəng vergi endirimi iqtisadiyyatda radikal bir "qumardır". Britaniyanın borcunu qeyri-sabit vəziyyətə sala bilər".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 17 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















