Səfərbərlikdən sonra ruslar Türkiyədə daha çox mənzil almağa başlayıb
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Türkiyədə mənzillərə rusların tələbatın artması müşahidə olunub.Müharibənin başlaması ilə Türkiyədə mənzil bazarının aparıcı xarici müştəriləri olan rusların, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Türkiyədə mənzilə tələbatı artıb.
Marja-nın məlumatına görə, sektor nümayəndələri bildiriblər ki, Rusiyada səfərbərlik elan edildikdən sonra ruslar Türkiyədə daha çox mənzil almağa başlayıblar.
Xaricdə Əmlak Təşviqi Dərnəyinin (GİGDER) sədri Ömer Faruk Akbal Rusiyadan Türkiyəyə tələblərin son bir həftədə artdığını bildirib.
"Aşçıoğlu İnşaat" şirkətinin İdarə Heyətinin sədri İrfan Aşçıoğlu da oxşar müşahidəni dilə gətirib. Aşçıoğlu son günlər Rusiyadan tələbatın artdığını bildirib.
Ukrayna ilə müharibənin başlaması ilə rusların Türkiyədə mənzilə tələbatında ciddi artım müşahidə olunub. Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, ruslar bu il Türkiyədə 8 min 115 ev alıb. Bu alışların 1238-i avqust ayında həyata keçirilib.
Əvvəlki illə müqayisədə Rusiyadan mənzil alışları 3 dəfə artıb. Bundan başqa, xaricilərin alışlarında 20 faizə yaxın payla birinci yeri ruslar tutub.
Səfərbərlik elan edildikdən sonra Rusiyadan gedişlər başlayıb.
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra beynəlxalq aviabiletlərə tələbat artıb. Bilet satışı ilə məşğul olan şirkətlərdən toplanan məlumata görə, Rusiyadan uçuşların davam etdiyi bir çox ölkələrə yaxın günlərə biletlərin tükəndiyi görülüb.
Digər tərəfdən, Google-ın məlumatlarına görə, ölkədə "təyyarə bileti", "bilet" və "xaric" kimi terminlər üçün internet axtarışlarında ciddi artım müşahidə olunub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində ümumilikdə 300 min ehtiyat əsgərin xidmətə çağırılacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 40 d. əvvəl
-
49 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
53 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)










.jpg)



