Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir
(®) Kapital Bank hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim edən ən fəal banklardandır.
Bu dəfə Kapital Bank mikro biznes müştərilərinə yeni bir xidmət təklif edir! Belə ki, ilk dəfə olaraq mikro bizneslə məşğul olan fərdi sahibkarlar banka gəlmədən, öz işindən ayrılmadan, əlavə vaxt itirmədən daha rahat şəkildə bizneslərinin inkişafı üçün nağd pul krediti əldə edə biləcəklər.
Bunun üçün müştəri Kapital Bank-ın korporativ saytındakı “Mikro Kredit” bölməsinə daxil olmaqla banka müraciət ünvanlayır. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.
Hər addımda müştəri məmnuniyyətini artırmağı hədəf seçən Kapital Bank-ın mikro biznes müştərilərinə daha bir yeniliyi isə sahibkar hesabı Kapital Bank-da olan müştərilərə dövriyyə əsasında kredit götürmə imkanının yaradılmasıdır. Belə ki, yeni təhlil modelinə əsasən müştərilər ənənəvi kreditləşmə prosesini keçmədən, yəni biznes və yaşayış yerlərinə vizit edilmədən kredit əldə edə biləcəklər. Xüsusi ilə qeyd etmək istəyirik ki, sahibkar hesabı Kapital Bank-da xidmət alan müştərilərə Mikro kreditlər heç bir təminat, zamin və ya girov tələb edilmədən verilir.
Qeyd edək ki, Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə, 16%-dən başlayan illik faiz dərəcəsi ilə verilir. Ətraflı məlumat üçün – www.kbl.az/mbkpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 17 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















