"İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün evlərinə qayıda biləcək”
İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilə qədər yekunlaşdırmaq niyyətindəyik.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Burada əsas hədəflərimiz Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün soydaşımız yeni evlərinə qayıda biləcək”, - o bildirb.
"Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”
Emin Hüseynov “Hazırda əsas məsələ azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsidir”, -deyərək çıxışına belə davam edib.
Emin Hüseynov bildirib ki, Qarabağ öz zəngin təbiəti ilə Azərbaycanın zəngin tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir: “Qarabağın turizm potensialından istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür. Birincisi, ərazidə təhlükəsizliyin təmin edilməsi, ikincisi, infrastruktur yaradılması və üçüncüsü əhalinin geri qayıtması. Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyimiz olacaq. Hazırda Füzuli meşə parkı və Ağdam meşə parkı müfəssəl layihə planı hazırlanma mərhələsindədir. Biz azad olmuş ərazilərdə bütün infrastrukturu təmin etməklə yanaşı əhalinin qayıtmasını da təmin edəcəyik. Bu qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq. Təbii ki, vətəndaşımızın qayıdışını təmin edəcək əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Təkcə Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















