İqtisadiyyat üzrə Nobel Mükafatının qalibləri açıqlandı
İqtisadiyyat üzrə Nobel Mükafatı 3-ə bölündü.2022-ci il İqtisadiyyat üzrə Nobel Mükafatının qalibləri məlum olub.
Marja xəbər verir ki, Ben Şalom Bernank (Ben S. Bernanke), Duqlas Uorren Daymond (Douglas W. Diamond) və Filip Dibviq (Philip H. Dybvig) 2022-ci il İqtisadiyyat üzrə Nobel Mükafatını "Banklar və Maliyyə Böhranları üzrə Araşdırma"ya görə qazanıblar.
İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda, 10 milyon kron (900 min dollar) mükafatın 3 iqtisadçı arasında bölüşdürüləcəyi bildirilib.
"Banklar və Maliyyə Böhranları üzrə Araşdırma" bankların nə üçün mövcud olduğunu, böhranlar zamanı onları necə daha az kövrək edə biləcəyini və bank qəzalarının maliyyə böhranlarını necə kəskinləşdirdiyini aydınlaşdırıb. Bu tədqiqatın əsasları 1980-ci illərin əvvəllərində Ben Bernank, Duqlas Daymond və Filip Dibviq tərəfindən qoyulmuşdur. Onların araşdırması maliyyə bazarlarının tənzimlənməsində və maliyyə böhranlarının həllində böyük əhəmiyyət kəsb etmişdir.
Ben Bernank müasir tarixin ən böyük iqtisadi böhranı olan 1930-cu illərin Böyük Depressiyasını təhlil edib. O, banklardan pulların qəfil çıxarılmasının böhranın dərinləşməsi və uzanmasında necə müəyyənedici amil olduğunu göstərib. Təhlilə görə, banklar bağlananda borcalanlar haqqında qiymətli məlumatlar itirilir və onları tez bir zamanda bərpa etmək mümkün olmur. Beləliklə, cəmiyyətin əmanətlərinin investisiyalara yönəltmək qabiliyyəti ciddi şəkildə azalır.
Ben Bernank 2006-2014-cü illərdə FED-in sədri olub. Bernank 2008-ci il Qlobal Böhrandan sonra onun ekspansionist siyasətinə görə I Helikopter ləqəbini alıb.
Qeyd edək ki, Ben Şalom Bernank 1953-cü ildə ABŞ-ın Corciya ştatının Oqasta şəhərində yəhudi əsilli iqtisadçı ailəsində anadan olub. O, 2005-2006-cı illərdə Ağ Ev yanında İqtisadi məsləhətçilər şurasının sədri işləyib. 2006-2014-cü illərdə ABŞ Federal ehtiyat sistemi idarə şurasının sədr olub. B.Bernank 2021-ci ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür. 2009-cu ildə “Time” jurnalı onu “İlin adam”ı elan edib.
Duqlas Uorren Daymond 1953-cü ildə ABŞ-da anadan olub. “Merton Miller School of Business” adına amerikalı iqtisadçı maliyyə üzrə fəxri professorudur. O, Çikaqo Universiteti yanında Amerika Maliyyə Assosiasiyasının prezidenti və 2017-ci ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür.
Filip Dibviq isə 1955-ci ildə ABŞ-da anadan olub. O, Sent-Luisdəki Vaşinqton Universitetinin professorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















