Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın Energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə cari ilin 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edəcək.

Energetika Nazirliyinin yaydığı məlumata görə, bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.

Forumda energetika nazirinin “Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

11.10.2022 16:52
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18