Bayden: Mən böhran olacağını düşünmürəm
Bayden: ABŞ-ın etirazına baxmayaraq OPEC+-ın hasilatı azaltmaq qərarı ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə təsir edəcək.ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə böhranın olacağına inanmadığını və əgər olarsa, bunun "cüzi iqtisadi tənəzzül" olacağını gözlədiyini bildirib.
"Hər altı aydan bir bunu deyirlər və hər altı aydan bir növbəti altı aya baxırlar və nə baş verəcəyini deyirlər. Mən böhranın olacağını düşünmürəm. Əgər belə olarsa, çox cüzi bir tənəzzül olacaq. Ona görə də biz bir qədər aşağı enəcəyik",- Bayden CNN-ə bildirib.
Qlobal investisiya bankı "JPMorgan Chase"in baş direktoru Jamie Dimon bazar ertəsi günü altı ilə doqquz ay ərzində böhran ehtimalı barədə xəbərdarlıq edib.
ABŞ prezidenti Co Bayden deyib ki, ABŞ-ın etirazına baxmayaraq OPEC+-ın hasilatı azaltmaq barədə qərarı ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə təsir edəcək.
Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərlə bağlı hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.
Baydenin bəyanatı Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Menendezin ABŞ-ı Səudiyyə Ərəbistanı ilə bütün əlaqələri, o cümlədən silah satışını dərhal dondurmağa çağırmasından bir gün sonraya təsadüf edir.
Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, prezident Co Bayden ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərə yenidən baxılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
26 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























