Türkiyə beynəlxalq qaz qovşağını yaradacaq - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində Rusiyanın mavi yanacağının Avropaya çatdırılması üçün beynəlxalq qaz qovşağının yaradılacağını bəyan edib.
"Avropa indi qarşıdan gələn qışda özünü istiliklə necə təmin etmək məsələsi ilə məşğuldur. Bizim belə bir problemimiz yoxdur. Biz Rusiya Prezidenti Vladimir Putinlə ölkəmizdə qaz mərkəzi yaratmaq barədə razılığa gəldik. Özünün dediyi kimi, təbii qaz Avropaya nəql edilə bilər. Beləliklə, Avropa Türkiyədən qaz sifariş edəcək”, - deyə Ərdoğan parlamentdə başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı bildirib.
Türkiyədə “Şimal axını” ilə itirilmiş tranzit həcminin bərpası üçün, Avropanın ən böyük qaz qovşağının yaradılması ideyası ilə Rusiya Federasiyasının Prezidenti ötən həftə “Rusiya Enerji Həftəsi” forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir qaz kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir.
Qovşağın yaradılması məsələsi oktyabrın 13-də Astanada Rusiya və Türkiyə prezidentləri arasında keçirilən danışıqlarda müzakirə edilib. Ərdoğanın sözlərinə görə, mərkəzin ən qısa müddətdə yaradılması planlaşdırılır, onun üçün ən uyğun yer Türkiyənin Avropa hissəsindəki Trakya bölgəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)








.jpg)







