Muğanbank və Mastercard pulköçürmə platformasını istifadəyə verib
Sərhədləri aşaraq pullarınızı Muğanbank ilə köçürün(®) Muğanbank “Mastercard” beynəlxalq ödəniş təşkilatı ilə birlikdə dünyanın 100-dən çox ölkəsinə sürətli, təhlükəsiz və aşağı komissiya haqqı ilə pul köçürmələri etməyə imkan yaratdı.
Muğanbank və Mastercard Azərbaycanda ilk olaraq innovativ bir məhsul olan hesablararası pul köçürmə platformasını istifadəyə verib.
Platforma öz müştərilərinə qlobal miqyasda bank və rəqəmsal hesaba təhlükəsiz, real vaxt rejimində ödənişlərlə bağlı köçürmələr etməyə imkan yaradır. Belə ki, bu platforma vasitəsi ilə köçürmələrdə müxbir bankların iştirak etməməsi mövcud məhdudiyyətləri aradan qaldıraraq, hesablaşma vaxtını əhəmiyyətli dərəcədə azaldır, prosesi daha sadə və köçürmələri daha sürətli və sərfəli edir.
Muğanbank yeni innovativ platformanı tətbiq etməklə ölkənin rəqəmsal imkanlarının genişlənməsinə və inkişafına öz töhfəsini verəcək. Komissiya haqqının digər pul köçürmə sistemlərindən aşağı olması, təhlükəsizlik və sürət, köçürülən vəsaitin alan ölkənin valyutasında əldə edilə bilməsi və s. kimi imkanlar bu köçürmə sisteminin əlverişli və rahat olmasını təmin edir.
Üstünlüklər:
Sürət - 24/7/365 girişi ilə saniyələr ərzində vəsaiti alıcılara əlçatan edir;
Səmərəlilik - Sadələşdirilmiş xidmət və aşağı əməliyyat xərcləri ilə geniş şəbəkələrə və maliyyə bazarlara çıxış imkanı yaradır;
Təhlükəsizlik - Tənzimləmə, maliyyə və fırıldaqçılıq riskini idarə etmək üçün Mastercard Şəbəkəsinin təhlükəsizliyindən və imkanlarından istifadə edir;
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 d. əvvəl
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























