"Əkinçi -10 2021" şirkətinin kartof məhsulu məhv ediləcək
Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səfər Nağıyev Ələsgər oğlu tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən Sovzixanov Nurdin Sovzixanoviçə məxsus müəssisədən idxal edilən 67 ton və hüquqi şəxs "Əkinçi -10 2021" MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən Mahmudov Rafael Niyazi oğluna məxsus müəssisədən idxal edilən 20.2 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Marja.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” - kartof yumrularında halqavari bakterial çürümə, “Clavibacter michiganensis subsp.michiganensis (Smith, Davis et al)” - bakterial xərçəng) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.
.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















