“T.C. Ziraat Bankası” Türkiyədə Azərbaycanın bank işçiləri ilə öz təcrübəsini paylaşdı
(®) Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 26-28 Oktyabr tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin nümayəndəsi ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun geniş tərkibli heyətinin ‘’T.C. Ziraat Bankası’’na rəsmi səfəri baş tutmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti 158 illik tarixə malik və Dünyanın 18 ölkəsində təmsil olunan ‘’T.C. Ziraat Bankası’’nın fəaliyyət təcrübəsi, rəqəmsal transformasiyası üzrə əldə edilən nailiyyətləri, məhsul və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqinin öyrənilməsi üçün görüşlər keçirmişlər. Türkiyənin digər iri bankları, maliyyə institutları və fintekləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın əməkdaşları da Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”n üzvləri sırasındadır və təşkil edilmiş görüşlərin iştirakçılarıdır.
“T.C. Ziraat Bankası” Azərbaycanda fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan” ASC –nin 99.98%-lıq səhm sahibliyinə malikdir və bankın əsas səhmdarıdır. “Ziraat Bank Azərbaycan” ölkənin ən gənc və tez inkişaf edən banklarından biridir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərinə təqdim edir. 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə Bank “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
“Ziraat Bank Azərbaycan” ASC-nin təqdim etdiyi məhsul və xidmətlər haqqında ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
50 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət






















