Azərbaycanın nəhəng şirkəti Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır.
Türkmənistan mətbuatının verdiyi məlumata görə, bunu SOCAR-ın Elm və Texnologiya İdarəsinin rəis müavini Emin Ələkbərov Aşqabadda keçirilən XXVII Beynəlxalq Neft-Qaz Konfransı (OGT-2022) çərçivəsində bildirib.
O, qeyd edib ki, SOCAR neft və qazın kəşfiyyatı, işlənməsi, hasilatı, nəqli və emalı ilə məşğuldur: “Şirkətin bir sıra ölkələrdə birgə müəssisələri, nümayəndəlikləri və zavodları, həmçinin özünün elmi-tədqiqat və layihə institutu var”.
E.Ələkbərov diqqətə çatdırıb ki, hazırda Azərbaycan əsasən Xəzər dənizinin ona aid hissəsində təbii sərvətlərin çıxarılması ilə məşğuldur: “Qazma platformaları Türkmənistan tərəfində olduğu kimi estakadalarla bir-birinə bağlıdır. Həmçinin karbohidrogenlərin dənizdən quruya tranziti üçün boru kəmərləri şəbəkəsi yaradılıb. Biznes yanaşması ilə ölkələr onları birləşdirə bilər ki, bu da böyük maddi resurslar tələb etmir. Gələcəkdə Qazaxıstan və Özbəkistan öz enerji resurslarının xarici bazarlaranəqli üçün kəmərə qoşula bilər”.
SOCAR əməkdaşı OGT-2022-nin dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması baxımından əhəmiyyətini də vurğulayıb. O əlavə edib ki, bu beynəlxalq forumda işgüzar görüşlər fəal keçirilir ki, bu da qarşılıqlı fəaliyyətin texniki məsələlərinin həllini sürətləndirməyə kömək edir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








