Sazişin dayandırılması ilə buğdanın qiyməti yüksəlir
Rusiyanın Qara Dəniz Taxıl Sazişindən çıxması qlobal tədarüklə bağlı narahatlıqları artırdığı üçün Çikaqo Ticarət Birjasında (CBOT) buğda fyuçersləri 5,4 faiz artaraq 8,7 dollara çatıb.
Marja xəbər verir ki, buğdanın buşelinin qiyməti səhər saatlarında artaraq 8,9 dollara qalxıb. Sonra qiymət 8,7 dollarda stabilləşib.
Qarğıdalı qiymətləri 2,2 faiz artaraq 6,96 dollar/buşelə, soya isə 3 faiz bahalaşıb.
Rusiya-Ukrayna müharibəsinin tədarük problemlərini gündəmə gətirməsi və enerji qiymətlərinin artmasının təsiri ilə buğdanın qiyməti mart ayında 13,6 dollara yüksələrək beynəlxalq bazarlarda rekordlar qırmışdı.
Rusiya və Ukrayna dünyanın ən böyük buğda tədarükçüləri arasında olduğundan, taxıl bazarları Moskvanın Kiyevə qarşı səkkiz aylıq müharibəsində baş verən hadisələrə həssasdır.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 29-da Ukraynanın ilhaq edilmiş Krımın Sevastopol şəhərində Rusiya hərbi gəmilərinə və mülki gəmilərinə hücum etdiyini və bununla əlaqədar olaraq sazişdən çıxdığını bildirib.
“Rusiya tərəfi terror aktını nəzərə alaraq, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının çıxarılmasına dair sazişin həyata keçirilməsində iştirakını dayandırıb”, - məlumatda deyilir.
Qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən Qara Dəniz Taxıl Sazişi iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)