Hesablama Palatasından Maliyyə Nazirliyinə irad
Dövlət büdcəsi profisitlə icra edildiyi halda Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə borclanmaya getmiş, cəlb edilmiş vəsaitlər istifadəsiz qalmış, nəticədə həmin vəsait dövlət büdcəsi üçün əlavə faiz xərcləri yaratmışdır."Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində vildirilir.
Qeyd edək ki, dövlət istiqrazlarının buraxılması yolu ilə vəsaitin cəlb edilməsilə Maliyyə Nazirliyi məşğul olur.
Rəydə qeyd edilib ki, növbəti ildə daxili borca xidmət xərcləri ancaq faiz ödənişləri üzrə nəzərdə tutulmuş, faiz ödənişlərinin həcmi əvvəlki illərin tendensiyasına uyğun olaraq artımla proqnozlaşdırılmışdır.
Daxili dövlət borcu üzrə ödənişlər 2023-cü il üçün 230 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu, dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğinin 22,9%-nə, dövlət büdcəsi gəlirlərinin 0,8%-nə, dövlət büdcəsi xərclərinin 0,7%-nə bərabərdir. Bu, 2022-ci ilin müvafiq proqnoz göstəricisindən 2 milyon manat və ya 0,9 azdır.
2023-cü il dövlət büdcəsinin layihəsində daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərdə tutulmasa da, faiz ödənişləri artımla proqnozlaşdırılmışdır (ətraflı aşağıdakı cədvəldə). Faiz xərclərinin cari ilə nisbətən 4,9 milyon manat və ya 2,2% artması əvvəlki illərdə buraxılmış və cari ilin sonuna kimi emissiya ediləcək dövlət istiqrazları üzrə faiz və diskont xərclərinin və növbəti ilə nəzərdə tutulan iri həcmli emissiyanın faiz xərclərinin ödənilməsilə əlaqələndirilmişdir.
"Qeyd edək ki, yaranma mənbəyi üzrə daxili dövlət borcu üçün ödənişlər dövlət istiqrazlarının yerləşdirilməsi üzrə xərclərdən ibarətdir. Eyni zamanda qeyd olunmalıdır ki, hesabat ilinin 6 ayı ərzində emissiya olunması nəzərdə tutulan dövlət istiqrazları üzrə (1 milyard 700 milyon manat) 663,5milyon manat məbləğində nominal üzrə istiqrazlar yerləşdirilmiş, yerləşdirilmiş istiqrazlar üzrə büdcəyə 656,1 miylon manat vəsait daxil olmuş, büdcə ili ərzində qaytarılması nəzərdə tutulan istiqrazların təkrar maliyyələşdirilməsinə 366,5 milyon manat vəsait ödənilmişdir. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsindən 289,6 milyon manat daxil olmuş, cari ildə və əvvəlki illərdə emissiya edilmiş istiqrazlara görə dövlət büdcəsindən 88,5 milyon manat faiz və diskont məbləğinin ödənilməsinə yönəldilmişdir.
Dövlət büdcəsinin 8 aylıq icra nəticələrinə əsasən gəlirlər 20 milyard 184,7 milyon manat və ya 101,8%, xərclər isə 18 milyard 151,9 milyon manat və ya 100,4% icra edilmiş, büdcə profisiti 2 milyard 32,8 milyon manat təşkil etmişdir. Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380 miylon manat vəsait büdcə qalığına yönəldilmişdir. Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir.
Bununla yanaşı, xarici dövlət borcunun (əsas borcun) ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcəkdir ki, bu da büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir etməklə yanaşı, mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdırmaqla, geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yaratma ehtimalını yüksəltmiş olur",- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
3 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
3 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
3 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
3 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)














.jpg)


