Panama şirkətinin səhmdar olduğu Azərbaycan şirkəti mənfəətini inkişafına yönəldəcək
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin 2021-ci il üzrə 1 milyon 81 manat məbləğində xalis mənfəəti şirkətin inkişafına yönəldiləcək.
Marja xəbər verir ki, bu, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2021-ci ilin yekunlarına görə illik hesabatında bildirilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin səhmdarları SOCAR (51,0019%, 2 076 899,37 manat dəyərində, 6923 adi, sənədsiz səhm) və Panama Respublikasının “Lancer Services S.A”şirkətidir (48,9981%, 1 995 300,63 manat dəyərində 6651 adi, sənədsiz səhm).
2020-ci ilin nəticələrinə görə, şirkətin səhmdarlarına 611 min 111 manat məbləğində dividend ödənilməsinə qərar verilmişddi.
“Ekol Mühəndislik Xidmətləri” QSC neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası, landşaftın bərpası, yaşıllıqların salınması və s. aqrotexniki xidmətlərin göstərilməsi, sənaye axıntı sularının təmizlənməsi, neftşlamın emalı (zərərsizləşdirilməsi), ərsin parafininin sudan və mexaniki qarışıqlardan təmizlənməsi, kompleks ekoloji monitorinqin aparılması və laborator xidmətlərin göstərilməsi, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması, təmizlik, dezinfeksiya, deratizasiya və dezinseksiya xidmətlərinin (işlərinin) yerinə yetirilməsilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















