Meyvə və tərəvəz istehsalçıları nazir ilə "prosedurların sadələşdirilməsini və asanlaşdırılmasını" müzakirə ediblər
Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən sahibkarlara verilən kredit limitlərinin və şərtlərinin optimallaşdırılması məsələləri də müzakirə edilib.Kənd Təsərrüfatı Nazirliyində Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyində Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə ölkədə meyvə və tərəvəz istehsalının mövcud vəziyyəti, məhsul ixracı, tərəvəz toxumçuluğu, tingçilik, bu sahədə tətbiq olunan innovativ yeniliklər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki,ö lkəmizdə müasir istixanaların qurulması ilboyu tərəvəz yetişdirilməsini təmin etmiş olur. Meyvəçilik və tərəvəzçiliyin inkişafına marağın artmasının digər səbəbi bu sahənin gəlirlilik baxımından müqayisəli üstünlüyə malik olmasıdır.
Assosiasiya üzvləri tərəvəz toxumçuluğunun və tingçiliyin inkişaf etdirilməsi istiqamətində elmi-tədqiqat institutlarının apardığı işi müsbət qiymətləndirib, yerli toxum və ting istehsalının artmasının meyvə və tərəvəz istehsalında maya dəyərinin aşağı salınmasına təsir göstərdiyini vurğulayıblar.
Görüşdə beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi perspektivləri, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti və soyuducu anbarların inşası üçün müvafiq icazələrin verilməsi prosedurlarında sadələşdirmələrin aparılması, məhsul ixracının sertifikatlaşdırılması prosedurunun asanlaşdırılması, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən sahibkarlara verilən kredit limitlərinin və şərtlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















