Moldovada elektrik enerjisi kəslib
Kişinyovda yalnız ölkə hökumətinin binasında işıq var.Moldovanın elektrik enerjisi sistemində fövqəladə kəsilmə baş verib.
Marja xəbər verir ki, bunu ölkənin elektrik enerjisi bazarının ən böyük operatorlarından biri olan Premier Energy bildirib.
“Saat 14:23-də (Bakı vaxtı ilə 16:23) Moldovanın enerji sistemində fövqəladə qəza baş verib”, – şirkət öz Telegram kanalında məlumat verib.
Kişinyovda mobil rabitə və internetin işində fasilələr var. KİV-in məlumatına görə, Kişinyovda trolleybuslar da dayanıb.
Verilən məlumata görə, yalnız Moldova hökumətinin binasında elektrik enerjisi var. Səlahiyyətlilər ölkədə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlərin aparıldığını açıqlayıb, vətəndaşlardan anlayış göstərmələri xahiş olunur.
Bundan başqa, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları elektrik enerjisinin kütləvi kəsilməsi ilə əlaqədar ictimai asayişin qorunması üçün səfərbər edilib.
Məlumata görə, bu gün Rusiya Ukrayna ərazisini kütləvi raket hücumuna məruz qoyub. Nəticədə Moldovada da elektrik enerjisi kəsilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
23 d. əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 27 d. əvvəl
-
34 d. əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
1 saat əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
1 saat əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
1 saat əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Ən çox oxunanlar
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib



























