"Gizli heç bir işimiz yoxdur"
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini Bankda Kreditorlar Komitəsi yaradılmadan satışa çıxarmasına dair səslənən ittihamlara münasibət bildirib.
Bununla bağlı açıqlama verən Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, qanunvericilikdə ləğvetmə prosesində olan bankın əmlakının Kreditorlar Komitəsinin razılığı ilə satılması barədə müddəa yoxdur.
“Bağlanmış banklarda Kreditorlar Komitəsinin yaradılması təşəbbüsü bizə məxsusdur. Məqsədimiz şəffaflığı təmin etməkdir. Bundan əvvəl “Royal Bank” ASC-nin əmlakı satılıb, həmin vaxt bankda heç Kreditorlar Komitəsi olmayıb. İstənilən halda biz ləğvetmə prosesində olan bankların əmlakını hərrac yolu ilə, şəffaf şəkildə satırıq və gizli heç bir işimiz yoxdur. Əmlakın neçəyə satılması barədə kreditorlara məlumat verəcəyik. Sadəcə, “Texnikabank”ın ləğvetmə planını məhkəmə hələ təsdiq etmədiyi üçün bu bankda Kreditorlar Komitəsi yarada bilməmişik”, - deyə A.Cavadov qeyd edib.
Xatırladaq ki, bu məsələ ilə bağlı ADIF-ə qarşı ittihamları hüquqşünas, ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov səsləndirib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























