"5-7 il ərzində 50 startapa investisiya yatırmaq niyyətimiz var"
Azərbaycanın ilk Vençur Kapital Fondu olan “Caucasus Ventures”in növbəti 5-7 il ərzində 50 startapa investisiya yatırmaq niyyəti var.
Bunu “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim bildirib.
O qeyd edib ki, “Caucasus Ventures” vençur fondunun coğrafiyası kiçik deyil:
"Biz Qafqaz regionu, Şərqi Avropa və Orta Asiya ölkələrini nəzərdə tutmuşuq. Bu coğrafiya genişlənə bilər. Pakistandan Macarıstana qədər olan coğrafiya bizim coğrafi mandatımızı əhatə edir. Biz hal-hazırda 2 trilyon dollar ÜDM-i olan, 200 milyon əhalisi olan coğrafiyadan danışırıq, bu coğrafiya böyüməkdə olan coğrafiyadır və hesablasaq 10-a yaxın “unicorn” (vençur kapitalı sənayesində dəyəri 1 milyard dollardan çox olan özəl startap şirkəti – red.) çıxır. Bunun da böyük hissəsi Türkiyənin payına düşür. Bu coğrafiya bizim üçün maraqlıdır. Azərbaycanın bu coğrafiyalarda investisiyaları olub, tərəfdaşları var, ona görə biz bu coğrafiyada uğurlu olacağımızı düşünürük”.
Xəbər verdiyimiz kimi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb. Sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















