"Avtovaz" şikəti Vesta-nın bazasında yolsuzluq avtomobili istehsal etməyi planlaşdırır
Rusiyanın "Avtovaz" şirkəti 2025-ci ildə Vesta platforması əsasında yüksək lokallaşdırılmış, ön ötürücülü yolsuzluq avtomobilinin istehsalını planlaşdırır.
Marja xəbər verir ki, bunu "AvtoVAZ"ın rəhbəri Maksim Sokolov "Forbes" jurnalına müsahibəsində bildirib.
"Planlara Vesta platformasında yüksək lokallaşdırılmış ön ötürücülü SUV kateqoriyalı krossoverin hazırlanması daxildir. O, artıq B sinfində deyil, C sinfinə daha yaxındır - biz onu B+ adlandırırıq. Biz bu avtomobilin istehsalına 2025-ci ilin sonundan başlamağı nəzərdə tuturuq".
Baş direktorun sözlərinə görə, Renault Duster krossoverini alan auditoriyanın bir hissəsi yeni Vesta B+ alacaq, digər hissəsi isə Niva Travel-i seçəcək. Sokolov nəşrə qeyd edib ki, sanksiyalara görə Duster-in özünü istehsal etmək iqtisadi cəhətdən mümkün deyil və risklidir.
"Avtovaz" dost ölkələrdən olan tərəfdaşlarla avtomobillər yığa bilər
Maksim Sokolov bildirib ki, “Avtovaz” şirkəti dost ölkələrdən olan tərəfdaşlarla C və D sinifli avtomobillərin yığılması imkanlarını müzakirə edir.
"Biz açıq şirkətik. Hazırda C və D sinifli avtomobillərin dost ölkələrdən olan tərəfdaşlarla birlikdə istehsal sahələrindən birində, o cümlədən, bəlkə də İjevskdə yığılması imkanları müzakirə olunur", - o bildirib.
Sokolov qeyd edib ki, şirkət səhmdar ortaqlığı nəzərdən keçirmir, çünki Renault altı il ərzində səhmləri geri almaq hüququna malikdir. "AvtoVAZ" rəhbəri şirkətin gələcək tərəfdaşlarının adını açıqlamayıb, çünki hələlik yekun razılaşma yoxdur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
-
47 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















