SKYWELL elektrik avtomobillərinin qiymətləri yeni qərara uyğun tənzimləndi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə elektrik mühərrikli minik avtomobilləri mövcud 15% idxal rüsumundan azad edilib. Bu qərardan sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) quruma üzv şirkətlər arasında elektrik mühərrikli avtomobil satışını həyata keçirən rəsmi dilerlər ilə fikir mübadiləsi aparıb.
Ötən gün AADA-nın icraçı direktoru Eyyub Əliyev quruma müşahidəçi qismində qatılan “ONVOLT” şirkətinin sərgi-satış salonunu ziyarət edib.
Xatırladaq ki, “ONVOLT” şirkəti Çinin SKYWELL tam elektrik premium avtomobil istehsalçısının Azərbaycanda yeganə və rəsmi idxalçısıdır.
AADA rəhbərliyi ilə söhbət zamanı “ONVOLT” MMC-nin direktor müavini Nəzmi İsmayılov salonlarında yalnız tam elektrik mühərrikli avtomobillərin satıldığını və bu avtomobillər üçün satış sonrası xidmətin ən müasir texnologiyalarla təchiz olunmuş “Motor House” texniki xidmət mərkəzində həyata keçirildiyini qeyd edib. Nəzmi İsmayılov sərgi-satış salonunun önündə 120 kVts-luq şarj terminalının yerləşdirildiyini və bu terminal vasitəsilə SKYWELL sürücülərinin pulsuz şarj etmə imkanı əldə etdiklərini sevindirici hal kimi vurğulayıb.
Şirkət rəsmisi Nazirlər Kabinetinin məlum Qərarından sonra satışda olan avtomobillərin qiymətlərini qərarın tələbinə uyğun tənzimlədiklərini də qeyd edib.
“Salondakı avtomobillərin qərardan öncə Azərbaycana gətirildiyinə baxmayaraq, biz dövlətimizin ətraf mühitin qorunmasına, ekoloji təmiz avtomobillərin təbliğinə olan bu qayğısına hörmət əlaməti olaraq, öncə gətirilən avtomobillərin də qiymətini müvafiq olaraq aşağı salınmasını təmin etdik. Ölkədə elektrik avtomobilləri üçün xüsusi qanunların qəbul olunduğunu və bu avtomobillərin əl çatanlığının təmin edilməsinin dövlətimizin prioritet məsələsi olduğunu SKYWELL istehsalçı zavoduna bildirdik. SKYWELL konserni öz növbəsində bu təklifimizi müsbət qarşılayaraq, avtomobillərin qiymətinin indiki qərara uyğun tənzimlənməsində bizə dəstək oldu. Hazırda təqdim edilən avtomobillərin qiymətləri qərardan əvvəlki qiymətlərdən fərqlənir və biz bu məlumatı qiymət lövhəsində müştərilərimizə göstəririk” - deyə Nəzmi İsmayılov məlumat verdi.
AADA rəhbərliyi Nəzmi İsmayılova gördükləri işlərə görə təşəkkür edərək onlara gələcək işlərində uğurlar arzu edib.
Xatırladaq ki, “ONVOLT” MMC Azərbaycanda ilk və hələ ki yeganə elektrik avtomobilləri brendinin rəsmi idxalçısıdır.
Maraqlananlar üçün:
Əlaqə: (+99412) 440 00 07
Ünvan: C.Hacıbəyli,194
Sayt: www.skywell.az
İnstagram: skywell.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
-
24 d. əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 33 d. əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
19 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Xalq Bank 21 illiyini qeyd edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Ən çox oxunanlar
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq

















