Məhsuldarlığı aşağı salan zərərvericinin Azərbaycanda yayılma riski artıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər zərərvericisinin ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə əhaliyə çağırış edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər zərərvericisi Zaqatala, Balakən, Qax, Şəki rayonlarının bəzi kəndlərində müşahidə edilməkdədir.
Qərbi Gürcüstan ərazisində yayılan zərərverici ölkə iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vurub. Zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir. Belə ki, 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan zərərvericinin Azərbaycanda yayılma riski artıb. Bununla əlaqədar olaraq Agentlik aidiyyəti qurumlarla birgə zəruri tədbirlər həyata keçirir.
AQTA bildirir ki, payız və qış mövsümündə məskunlaşma yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər taxtabitinin gizlənə bildiyi sığınacaqlara xüsusi diqqət yetirilməlidir. Zərərverici qışlama zamanı sığınacaq axtararkən qaranlıq yerlərə üstünlük verdiyindən həmin yerlər diqqətlə yoxlanılmalıdır. Qəhvəyi mərmər zərərvericisinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqdan ötrü həmin tikililərdə pəncərələr torla bağlanılmalıdır. Yaşayış binalarında dolabların və mebellərin divara söykənmiş hissələrinə, yığılmış əşyaların və divardan asılmış şəkillərin arxasına, xalçaların altına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilməlidir. Zərərverici aşkar olunduqda süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericiyə qarşı mübarizə tədbirləri yaz və yay aylarında da aparılmalıdır. Həmin dövrdə əkin sahələrinin müxtəlif yerlərində, xüsusilə kənar (sərhəd) ərazilərində maksimum sayda giləmeyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt hissəsi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılmalıdır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılmalıdır.
Kimyəvi mübarizə üçün Bifenthrindən istifadə edilməsi səmərəli hesab olunur. İlk kimyəvi dərmanlama qışlamadan çıxan yetkin fərdlərə qarşı tətbiq edilir. Həmin proses yalnız qəhvəyi mərmər taxtabitinin aktivliyinin ən aşağı olduğu axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin I nəsil sürfələrinin çıxdığı vaxt aparıla bilər. Dərmanlama 5-8 gün fasilə ilə 2 dəfə həyata keçirilməlidir. Zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda dərmanlama təkrarlana bilər.
Qəhvəyi mərmər zərərverici aşkar edildikdə təsərrüfat sahibləri və yerli əhali mübarizə tədbirlərini yalnız mütəxəssislərin tövsiyəsi ilə aparmalıdır.
Qeyd edək ki, zərərvericinin yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, ağac materialları, təzə meyvə-tərəvəz, tinglər, kəsilmiş güllər və digər vasitələrlə yayılır. Eyni zamanda, qəhvəyi mərmər zərərvericisinin yetkin fərdləri təbii yolla, yəni uçaraq 35-100 kilometrədək məsafəni qət etməklə yayılır.
Vətəndaşlardan diqqətli olmaq, qəhvəyi mərmər zərərvericiləri gördükdə bu barədə Agentliyin “1003-Çağrı mərkəzi”nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək xahiş edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















