Regionlarda yerləşən hotellərdə Yeni ili qarşılamağın qiymətləri - 2 günü 4 min manat
Qarşıdan Yeni il gəlir və hər kəs yeni ili fərqli yaddaqalan etmək istəyir. Yeni il tətil günlərində dincəlmək istəyənlər üçün fərqli alternativlər var. Bir çox adam regionlara üz tuturlar. Regionlara üz tutan vətəndaşların bir hissəsi otellərdə qalmağa üstünlük verirlər.
Regionlarda yerləşən hotellərdə Yeni ili qarşılamağın qiymətini araşdırılıb.
Məlum olub ki, Yeni ilə bir neçə gün qalsa da, əksər hotellərdə yerlər dolub və məhdudiyyət yaranıb.
Qusar rayonunda yerləşən "Şahdağ" hoteldə dekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. Bayram günləri - dekabrın 30-31-i və yanvarın 1-i tarixlərinə 2 nəfərlik paketin qiyməti 1810 AZN-dir. Bura gündə 3 dəfə qidalanma və SPA xidmətləri daxildir. "Şahdağ" hotelin əvəzində müştərilərə “Zirvə” və ya “Qala” hotelləri təklif olunur. Lakin bu hotellərdə də bütün yerlər bron olunub. Bu hotellərdə qiymətlər 1630 manata qədər bahalaşıb.
“Tufandağ” hoteldə isə bayram günləri üçün boş yer yoxdur. 2 nəfər üçün otağın günlük qiyməti 1396 AZN-dir. Dekabrın 31-dən 3 gecə isə 2 nəfər üçün 1693 AZN müəyyənləşib. Bura dekabrın 31-i şam yeməyi, digər günlər səhər yeməyi daxildir. VİP koteclər isə 4316 manatadır.
"Quba Palace Hotel" də qiymətlər dekabrın 30-dan yanvarın 2-dək 1900 manatdır. Daha yüksək kateqoriya sayılan “family suit” otağın qiyməti isə 4000 min manatdır.
“Basqal” hoteldə isə tətil günlərində 2 nəfər üçün 3 günlük paketin qiyməti 1950 AZN-dir. Bura dekabrın 31-i qala gecəsi, hoteldəki digər xidmətlər, o cümlədən SPA daxildir. Eyni günlər üçün “delux” nömrə 2110 AZN, “family suit” isə 3980 AZN-dir.
“Şamaxı Palace” hotelində eyni günlər üçün 1450 AZN, eyvanlı otaqda isə 1480 AZN-ə başa gələcək. Qiymətlər dekabrın 30, 31-i və yanvarın 1-də 2 nəfər üçün nəzərdə tutulub. Buna gündə 3 dəfə qidalanma, qala şam yeməyi, hovuz və sauna xidmətləri daxildir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Trend
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
29 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























