"Qarabağın bərpası və yenidən qurulması Səudiyyə Ərəbistanının fondları üçün maraqlı ola bilər"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması Səudiyyə Ərəbistanının İnkişaf Fondu və Dövlət İnvestisiya Fondu üçün maraqlı ola bilər.
Bunu Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 7-ci iclasında maliyyə naziri (Komissiyanın Azərbaycan tərəfdən həmsədri) Samir Şərifov bildirib.
"Biz Səudiyyə Ərəbistanının işğalçı Ermənistanla diplomatik münasibətlərin qurmamasını yüksək qiymətləndiririk, bu mövqeyə görə minnətdarıq. Dünən Səudiyyə Ərəbistanından gələn nümayəndə heyəti Zəngilana səfər edib. Biz bu səfəri də yüksək qiymətləndiririk. Onlar səfər zamanı erməni barbarların torpaqlarımızda törətdiyi vəhşiliklərlə tanış olublar", - o deyib.
"2022-ci il iki ölkənin münasibətlərində əlamətdar ildir. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu gün Azərbaycanla Səudiyyə Ərəbistan arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf edir. Bu baxımdan ölkələrimizin siyasi rəhbərliyi arasında yaradılmış münasibətlər xüsusi rol oynayır. İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial var", - nazir əlavə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















