“Baku Steel Company” QSC-nin ilk rəsmi pərakəndə satış mərkəzi açılıb
Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC-nin (BSC) ilk rəsmi pərakəndə satış mərkəzi Bakı şəhəri, N. Nərimanov rayonu, Mir-Cəlal küçəsi 15 (Dərnəgül) ünvanında istifadəyə verilib.
Yeni mərkəzin açılışı ilə “Baku Steel Company” QSC Azərbaycanın pərakəndə satış bazarında da rəsmən təmsil olunacaq.
Pərakəndə satış mərkəzi həftənin 6 günü – çərşənbə axşamından bazar gününədək, saat 08:00-17:00 aralığında fəaliyyət göstərəcək.
Texniki təhlükəsizlik qaydalarına tam riayət olunan yeni satış mərkəzində müştərilər “Baku Steel Company” QSC-nin istehsalı olan yüksək keyfiyyətli armatur çeşidlərini müxtəlif diametr və uzunluqda, istənilən sayda və ya çəkidə əldə edə biləcəklər. Mərkəzdə, həmçinin katanka (məftil), xomut, dairəvi çubuqlar, tikişsiz borular, kvadrat və dairəvi pəstahlar və yayma valları kimi məhsulları da almaq olacaq.
Məhsullar və onların qiymətləri ilə maraqlananlar [email protected] elektron poçt ünvanına yazmaqla və ya +994 12 4 900 800, +994 51 4 900 800 telefon nömrələrinə zəng etməklə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, bu günədək “Baku Steel Company” QSC-nin məhsullarının satışı şirkət tərəfindən əsasən topdan və korporativ satış üsulu ilə həyata keçirilib.
Xatırladaq ki, “Baku Steel Company” QSC-də hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edilir. 20 ildən artıq fəaliyyəti dövründə nəinki Azərbaycanın, bütün Qafqaz regionunun tanınmış brendinə çevrilən “Baku Steel Company” QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
-
48 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı





















