Quş qripi monitorinqlərinin nəticələri açıqlandı
Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda bildirilir ki, Dünyada yüksək patogenli quş qripi xəstəliyinə görə epizootoloji vəziyyət gərgin olaraq qalır və son bir ildə xəstəlik bir sıra ölkələrdə, xüsusən Avropada endemik formada təzahür edir. Xəstəliyin yayılması başlıca olaraq köçəri quşlar vasitəsilə, həmçinin xüsusi risk daşıyan quşçuluq məhsullarının idxalı zamanı baş verir.
Ölkə ərazisinə xəstəliyin keçməsinin qarşısının alınması üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq təlimatlarına uyğun baytarlıq nəzarət tədbirlərinin yerinə yetirilməsi ilə yanaşı, köçəri quşların yaz və payız miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla epizootoloji monitorinqlər keçirilir.
Bu məqsədilə Qida Təhlükəsizliyi Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
Cari ilin 21-25 noyabr və 12-16 dekabr tarixlərində respublika ərazisində keçirilmiş epizootoloji monitorinqlərdə Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ çöl quşlarından patoloji materiallar götürülüb. Bu müddətdə Bakı və Sumqayıt şəhərindəki, Sabirabad, Beyləqan, Cəlilabad, Lerik, Xaçmaz, Quba Şabran, Siyəzən, Lənkəran, Ucar, İmişli, Hacıqabul, Salyan və Abşeron rayonlarındakı sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində quşlardan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan nümunələri götürülüb, ərazilərə ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Monitorinqlər zamanı çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Ölkənin xəstəliklə mübarizədə hazırlığının yüksək səviyyədə olmasının təmin edilməsi məqsədilə digər zəruri tədbirlərlə yanaşı, cari ilin 16-17 noyabr tarixlərində xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimi təşkil edilib. Təlimdə quş qripi, dabaq və quduzluq xəstəlikləri baş verdiyi halda ölkədə böhran vəziyyətinin idarə olunması, səyyar laboratoriya diaqnostikasının aparılması, eləcə də bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müvafiq hazırlıq səviyyəsinin yüksəldilməsi üçün real xəstəlik vəziyyəti şəraitində 3 ədəd səyyar BSL-3 səviyyəli laboratoriya və digər zəruri texniki vasitələr sınaqdan keçirilib. Simulyasiya təlimi haqqında məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının internet səhifəsində yerləşdirilib (https://bit.ly/3PTMfRX; https://bit.ly/3i0dg9M). Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
