Süd məhsulları müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonu, Sarıcalı kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Hüseyn Əli oğluna məxsus olan süd və süd məhsullarının istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, istifadə edilən xammalların üzərindəki etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, anbarda saxlanılan hazır məhsulların üzərində müvafiq etiketlərin olmadığı, əllərin yuyulması üçün sahələrin müvafiq qaydada yerləşdirilmədiyi və əlyuma çanaqları ilə təchiz olunmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin olunmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin qida məhsullarının istehsal sahələrində saxlanıldığı, çirklənməyə qarşı müdafiə üçün münasib şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyənləşdirilib.
Həmçinin işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















