98 nömrəli uşaq bağçasında külli miqdarda mənimsəmə - CİNAYƏT İŞİ BAŞLANIB
Körpələr evində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıbPaytaxtın Yasamal rayonu ərazisində yerləşən 98 nömrəli körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)







