2022-ci ildə BMW avtomobillərinin satışı 5,1 faiz azalıb
2022-ci ildə BMW markasının tədarükləri 2,1 milyon avtomobilə qədər azalır2022-ci ildə 2,1 milyon ədəd BMW avtomobili satılıb ki, bu da 2021-ci illə müqayisədə 5,1% azdır. Lakin şirkət qlobal premium avtomobil seqmentində liderliyini qoruyub saxlayır.
Marja.az xəbər verir ki, 2022-ci il üçün BMW qrupunun (BMW, MİNİ, Rolls-Royce ) satışları 4,8% azalaraq 2,4 milyon ədədə düşüb. Qrup tam elektriklə işləyən avtomobillərin satışını iki dəfədən çox artıraraq 215 755 ədədə çatdıra bilib.
BMW AG-nin Müştərilər, Brendlər və Satışlar üzrə İdarə Heyətinin Üzvü Peter Nota deyib: “Biz 2023-cü ildə bu uğurun üzərində dayana biləcəyimizə əminik, çünki biz tam elektrikli modellərimiz üçün son dərəcə yüksək sifariş həcmi görməyə davam edirik”.
2023-cü ildə BMW qrupunun ümumi satışlarının 15%-nin tam elektriklə işləyən avtomobillər təşkil etməsi hədəflənir.
2022-ci ildə Qrup 2.100.692 ədəd BMW, 292.923 ədəd MINI və 6.021 Rolls-Royce avtomobili satıb.
Qeyd edək ki, 2021-ci ildə BMW Group 2 521 525 ədəd avtomobil sataraq satış rekordu qırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
13 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib




























