Qazaxıstanda 2022-ci ildə neft hasilatının həcmi açıqlanıb
Respublika Energetika Nazirliyi 2023-cü ildə neft hasilatının 90,5 milyon ton təşkil edəcəyini, bunun 71 milyonunun ixrac edilməsini nəzərdə tutur.Qazaxıstanda 2022-ci ildə neft hasilatının həcmi 84,2 milyon ton və ya nəzərdə tutulan göstəricinin 101,6 faizini təşkil edib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstanın energetika naziri Bolat Akçulakov hökumətin iclasında bildirib.
“2022-ci ilin yekunlarına əsasən, neft və kondensat hasilatının həcmi 84,2 milyon ton və ya planın 101,6 faizini təşkil edib",- nazir bildirib.
Nazir üç iri neft hasilatı obyektinin göstəricilərini də təqdim edib. “Tengiz” yatağından 29,2 milyon ton və ya 2022-ci il planının 100%-i neft hasil edilib. "Qaraçaqanak" yatağında neft hasilatı 11,3 milyon ton - planın 103,8 faizini təşkil edib. Kaşaqanda neft hasilatının həcmi 12,7 milyon ton - 109,5% təşkil edib. 2022-ci il üçün neft ixracı 64,3 milyon tona və ya planlaşdırılanın 103,4%-nə çatıb.
Qazaxıstanın Energetika Nazirliyi 2023-cü ildə respublikada neft hasilatının 90,5 milyon ton təşkil edəcəyini gözləyir ki, bunun da 71 milyonunun ixracı planlaşdırılır. Qazaxıstanda 2021-ci ildə neft hasilatının həcmi 85,9 milyon ton, 2020-ci ildə isə 85,7 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)








