Xarici investorlar Qırğızıstanda 5 və ya 10 il müddətinə viza ala biləcəklər
Qırğızıstan vizasının maksimum etibarlılıq müddəti bir ildirQırğızıstan parlamenti çərşənbə günü xarici investorlar üçün viza rejiminin əhəmiyyətli dərəcədə sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Marja xəbər verir ki, bu barədə respublikanın ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
“Joqorku Keneş (Ali Şura) “Xarici miqrasiya haqqında” Qırğızıstan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə üçüncü oxunuşda baxıb və qəbul edib. Qanuna əsasən, ən azı 10 milyon som (117,6 min ABŞ dolları) investisiya ilə əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs 5 il müddətinə viza almaq hüququna malikdir”, - məlumatda deyilir.
Mətbuat xidmətinin məlumatına görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Qırğızıstan iqtisadiyyatına 20 milyon som (təxminən 235 min dollar) sərmayə qoyarsa, o, 10 il müddətinə viza əldə edə bilər.
Qanun layihəsi milli parlamentin bir qrup deputatı tərəfindən hazırlanıb və onların fikrincə, yenilik ölkənin iqtisadi inkişafına töhfə verəcək. Qanun ölkə Prezideni tərəfindən imzalandıqdan sonra rəsmi olaraq qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 48 d. əvvəl
-
-
59 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
























