Putin: Rusiyada inflyasiya 4 faizdən aşağı düşə bilər
Rusiyada bu ilin birinci rübündə inflyasiya 5 faizə, ikinci rübdə isə 4 faizdən aşağı düşə bilər.
Marja xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Artıq bu ilin ikinci rübündə inflyasiya 4%-lik hədəf səviyyəsindən aşağı düşə bilər. Birinci rübdə 5% civarına azalma gözləyirik", - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, bu göstərici yerli iqtisadiyyat və rusların real gəlirləri üçün prinsipial əhəmiyyət kəsb edir.
O xatırladıb ki, ötən il inflyasiya Rusiya Bankının və hökumətin proqnozlarından aşağı olmaqla 11,9 faiz təşkil edib.
Rusiya Mərkəzi Bankı illik inflyasiyanı 12-13 faiz, İqtisadi İnkişaf Nazirliyi isə 12,4 faiz səviyyəsində gözləyirdi. Rusiyada qiymət artımı fevralın sonunda Qərbin sanksiyalarının tətbiqi fonunda başlayıb və illik inflyasiya apreldə 17,83 faizə çatıb. Sonradan qiymət artımı tədricən səngiyib.
İqtisadi İnkişaf Nazirliyinin son hesablamalarına görə, 2023-cü il yanvarın 9-na ölkədə illik inflyasiya artıq cəmi 11,65 faiz təşkil edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)






