ABB daha da güclənib – BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ 20-30 FAİZ CİVARINDA ARTIB

Əsasən dövlətə məxsus “ABB” ASC (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ABB 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 21,8% və ya 45 milyon 600 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. Nəzərə alsaq ki, 2021-ci ilin xalis mənfəətinin tərkibində törəmələrdən əldə edilmiş, əvvəlki illər üzrə yığılmış 40 milyon manat məbləğində birdəfəlik dividend gəlirləri də olmuşdur. Əvvəlki ilin mənfəətindəki bu gəlirlər nəzərə alınmadığı halda, 2022-ci ildə artım göstəriciləri daha yüksək olur.
Xatırladaq ki, ABB 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə bağlamışdı.
2022-ci ildə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri)780 milyon 239 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 29% və ya 175 milyon 588 min manat çoxdur. 2021-ci ildə ABB-nin cəmi əməliyyat gəlirləri 604 milyon 651 min manat təşkil etmişdi.
2022-ci ildə ABB-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 384 milyon 809 min manat təşkil edib. Bu, 2021-ci il ilə müqayisədə 17,8% və ya 58 milyon 186 min manat çoxdur. 2021-ci ildə ABB-nin cəmi əməliyyat xərcləri 326 milyon 623 min manat təşkil etmişdi.
ABB-nin cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən Bankın 395 milyon 430 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 278 milyon 28 min manat olmuşdu. Əməliyyat mənfəətindəki artım gəlirlərin xərclərdən 117 milyon 402 min manat daha çox artması ilə əlaqədardır. Diqqəti çəkən, ABB-nin əməliyyat mənfəətinin cəmi əməliyyat xərclərindən yüksək olmasıdır.
AKTİVLƏRİ 2,5 MİLYARD MANATDAN ÇOX ARTARAQ 14 MİLYARD MANATI KEÇİB
ABB-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 22,2% və ya 2 milyard 555 milyon 29 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 14 milyard 38 milyon 886 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 11 milyard 483 milyon 857 min manat cəmi aktivlərə malik idi. Bankın depozit portfelinin kəskin artması Bankın aktivlərinin artmasında da əks olunub.
KREDİT PORTFELİ 3,5 MİLYARD MANATI AŞIB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 13,9% və ya 431 milyon 135 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 3 milyard 530 milyon 582 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 3 milyard 99 milyon 447 min manata çatmışdı.
Ötən il ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitləri 7 dəfəyə yaxın artaraq 3 milyard 239 milyon 869 min manata yüksəlib. Bankın qiymətli kağızlara investisiyası isə 2,2 dəfə artaraq 3 milyard 40 milyon 217 min manata çatıb.
DEPOZİT PORTFELİ 11 MİLYARD MANATA DOĞRU İRƏLİLƏYİR
ABB-nin depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 28,6% və ya 2 milyard 360 milyon 686 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 10 milyard 622 milyon 352 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 8 milyard 261 milyon 666 min manat cəmi depozitlərə malik idi. Ötən il Bankda fiziki şəxslərin depozitləri 624 milyon 104 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyard 736 milyon 582 min manat artıb.
31 dekabr 2022-ci il tarixində ABB 1 milyard 385 milyon 105 min manat məcmu kapitala malik olub. 31 dekabr 2021-ci il tarixində Bank 1 milyard 214 milyon 32 min manat məcmu kapitala malik idi.
1992-ci ildən fəaliyyət göstərən "ABB" ASC-nin nizamnamə kapitalının 96,59%-i dövlət müəssisələrinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
8 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
9 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 9 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
