Türkiyə bankının Azərbaycanda mənfəəti kəskin artıb
“Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1,7 dəfə artıb.
Türkiyənin "Yapı Kredi Bankası"nın Azərbaycanda törəməsi olan “Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan” 2022-ci ili 1 miylon 153 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 931 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il “Yapı Kredi Bank Azərbaycan” zərərdən mənfəətə keçib. Bankın ötənilki mənfəəti gəlirlərin, xüsusilə də haqq və kommisiya gəlirinin yüksək artmasından qaynaqlanır.
2022-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 45 milyon 125 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 23,2% və ya 8 milyon 501 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 36 milyon 624 min manat təşkil etmişdi.
2022-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 34 milyon 950 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 13.9% və ya 4 milyon 275 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 30 milyon 675 min manat təşkil etmişdi.
Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 10 milyon 175 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 5 milyon 949 min manat təşkil etmişdi. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 4 milyon 226 min manat və ya 71% artıb.
2022-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 7 milyon 992 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 27,2% və ya 1 milyon 711 min manat çoxdur. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 6 milyon 281 min manat ayırmışdı.
“Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 22% və ya 87 milyon 120 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 481 milyon 928 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 394 milyon 807 min manat cəmi aktivlərə malik idi.
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 35,5% və ya 62 milyon 32 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 236 milyon 945 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 174 milyon 913 min manata çatmışdı. O cümlədən, ötən il “Yapı Kredi Bank Azərbaycan”ın istehlak kreditləri portfeli 5 milyon 156 min manat artaraq 45 milyon 308 min manata, biznes kreditləri portfeli 51 milyon 910 min manat artaraq 169 milyon 165 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 965 min manata artaraq 22 milyon 472 min manata yüksəlib.
“Yapı Kredi Bank Azərbaycan”ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 27,6% və ya 78 milyon 709 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 363 milyon 857 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 285 milyon 148 min manat cəmi depozitlərə malik idi. Ötən il bankda fiziki şəxslərin depozitləri 12 milyon 254 min manat artaraq 80 milyon 751 min manata, hüquqi şəxslərin depozitləri isə 66 milyon 456 min manat artaraq 283 milyon 106 min manata çatıb.
31 dekabr 2022-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 75 milyon 75 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 74 milyon 316 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 8 saat əvvəl
-
9 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
9 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
9 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 9 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
