McDonald's-ın 2022-ci ildə xalis mənfəəti 18 faiz azalıb
McDonald's-ın 2022-ci maliyyə ilində xalis gəliri 18 faiz azalaraq 6,18 milyard dollar olub."Fast food" restoranları şəbəkəsi olan McDonald's-ın xalis mənfəəti ötən il 2021-ci illə müqayisədə 18% azalaraq 6 milyard 177 milyon dollar olub. Şirkət 2021-ci ildə 7 milyard 545 milyon dollar xalis mənfəət əldə etmişdi.
Marja.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarından məlum olur.
Hesabat dövründə adi səhm üzrə mənfəət bir il əvvəlki 10,04 dollardan 8,33 dollara qədər azalıb.
Şəbəkənin əməliyyat mənfəəti 10% azalaraq 9 milyard 371 milyon dollar təşkil edib.
McDonald's-ın ötən il ərzində cəmi gəlirləri (satış) 2021-ci illə müqayisədə 1%-dən az azalaraq 23 milyard 182 milyon dollar təşkil edib.
Dördüncü rübün (oktyabr-dekabr) nəticələrinə görə, McDonald's-ın xalis mənfəəti illik müqayisədə 16% artaraq 1 milyard 903 milyon dollar təşkil edib. Şirkətin gəliri isə 1% azalaraq 5 milyard 926 milyon dollara düşüb.
McDonald's 1940-cı ildə Dick və Mac McDonald qardaşları tərəfindən təsis edilmişdir. İlk restoran San Bernardinoda (Kaliforniya, ABŞ) açılıb. 1948-ci ildə şirkət dünyada ilk dəfə "fast food" konsepsiyasının prinsiplərini formalaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti





.jpg)







.jpg)






