Rumıniya Prezidenti sabah Azərbaycana gələcək
Rumıniya Prezidenti Klaus İohannis fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Rumıniya mətbuatı xəbər verir ki, səfər çərçivəsində K.İohannis ikitərəfli münasibətlərin inkişafı, habelə enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.
Bununla yanaşı, Rumıniya dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək.
Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək. Digər müzakirə mövzusu Rumıniya ilə Azərbaycan Avropa və Mərkəzi Asiya arasında strateji təşəbbüslər üzrə əməkdaşlığın genişləndirilməsi olacaq.
K.İohannisin Bakıya səfəri 2022-ci il dekabrın 17-də Buxarestdə dövlət başçıları arasında aparılmış danışıqların davamıdır.
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya ilə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ilk dövlətdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
17 d. əvvəl
“Dəli-Dolu Təkliflər” ilə Baku Electronics-də alış-verişin həyəcanlı 4 günü başlayır!
- 23 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
Ən çox oxunanlar
“NORM”da iclas keçiriləcək
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir
















.jpg)




