İnvestisiya portfelində qızılın payı ilə bağlı məsləhətlər
Ekspertlərin fikrincə, investorun portfelində qızılın payı təxminən 10-15% olmalıdır. Belə ki, qızıl yüksək gəlir gətirmir, lakin yüksək qoruyucu aktiv kimi xidmət edir.
Marja xəbər verir ki, qızıl və digər qiymətli metallara tələbatın artım tendensiyası 2023-cü ildə davam edəcəyi gözlənilir.
Bir sıra ekspertlərə görə, qızıl istənilən investisiya portfelində, cəmi portfelin 10-15%-i həcmində olmalıdır. Çətin vaxtlarda qızılın payının artırılması arzuolunandır - aktivlərin 20-30%-nə çatdırmaq olar.
Qızıl yüksək gəlir əldə etmək üçün investisiya yatırmağa dəyər bir aktiv deyil, daha çox bazarda gözlənilməz hadisələr zamanı sığortadır. Məsələn, ötən il qlobal bazar indekslərinin aşağı düşməsi fonunda qızıl il ərzində cüzi artım nümayiş etdirərək öz qoruyucu funksiyasını yerinə yetirib.
Hesab olunur ki, investorun qızıl üçün ayırdığı maksimum pay 15%-dən çox olmamalıdır, çünki bu, illər boyu qazanc gətirməyə bilər.
Portfel şaxələndirilməli - külçə qızıla, qızıl hasilatı şirkətlərinin səhmlərinə, əmlaka, birja ticarəti alətlərinə investisiyalar yatırıla bilər.
Əksər proqnozlara görə, 2023-cü ilin sonunda qızılın qiyməti unsiya üçün 1800-2100 dollar diapazonunda ola bilər.
Hazırda qızıl dünya birjalarında 1872 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















