TƏBİB-in müəssisələrində monitorinqlər aparılıb, avadanlıqların dəqiqliyi yoxlanılıb
Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji nəzarət tədbirləri davam etdirilir.
Dövlət Xidməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı və ətraf regionlarda yerləşən 54 tibb müəssisəsində (xəstəxana, stasionar müəssisələr, tibb mərkəzləri, institutlar və s.) TƏBİB-in iştirakı ilə monitorinqlər həyata keçirilib.
Bu çərçivədə həmin tibb müəssisələrində istifadə olunan 4584 tibbi cihaz və avadanlığın (rentgen və diaqnostik cihazlar, kardiomonitor, ultrasəs müayinə cihazı və s.) dəqiqliyi yoxlanılaraq metroloji norma və qaydalara uyğunlaşdırılması təmin olunub.
Qanunvericiliyin tələblərinə görə, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır.
Qeyd edilib ki, Dövlət Xidməti tərəfindən özəl tibb müəssisələrində istifadə olunan tibbi cihaz və avadanlıqların metroloji norma və qaydalara uyğunluğunun təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsinə başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
9 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ














.webp)










