Mask 2023-cü ilin sonuna qədər Twitter-ə direktor təyin edəcəyini bildirib
Amerikalı sahibkar İlon Mask, 2023-cü ilin sonuna kimi hazırda vəzifələrini özü yerinə yetirdiyi Twitter-in direktoru vəzifəsinə başqa bir şəxsi təyin etmək niyyətindədir.
Marja xəbər verir ki, o, bu barədə çərşənbə günü Dubayda keçirilən Dünya Hökumət Sammitində videobağlantı vasitəsilə danışarkən bildirib.
"Biz ilk növbədə şirkəti sabitləşdirməliyik. Onun maliyyə sağlamlığını təmin etməliyik. Bununla bağlı planlar kifayət qədər aydın şəkildə tərtib olunub. 2023-cü ilin sonuna qədər Twitter-in direktoru vəzifəsinə təyinat ola biləcəyini düşünürəm", - deyib.
Oktyabrın 27-də amerikalı iş adamı Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Twitter-i satın alındıqdan sonra o, baş direktor Paraq Aqraval (Parag Agrawal) və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, Mask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 17 d. əvvəl
-
-
18 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
29 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)







.jpg)






