“Kapital Bank” 2017-ni 41 milyon manat xalis qazancla yarıladı
“Kapital Bank” ASC 2017-ci ilin 1-ci yarısını 40 milyon 758 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın yarımillik hesabatlarına istinadən xəbər verir ki, yanvar-iyun aylarında Bankın cəmi gəlirləri 196,4 milyon manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 79 milyon 475 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 27 milyon 261 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Vergidən öncəki 52 milyon 213 min manat mənfəətdən 11 milyon 455 min manat mənfəət vergisi ödənilib.
30 İyun 2017-ci il tarixində Kapital Bank 3 milyard 190 milyon manat cəmi aktivlərə, 2 milyard 919 min manat cəmi öhdəliklərə, 271 milyon 946 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 2 milyard 923 milyon manat aktivlərə, 2 milyard 606 milyon manat cəmi öhdəliklərə və 317 milyon manat cəmi kapitala malik idi.
Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfeli 1 milyard 203 milyon manatdan 1 milyard 181 milyon manata gerilyəb, depozit portfeli isə 2 milyard 10 milyon manatdan 2 milyard 332 milyon manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















